20 
May
2026
10:04
114

Məhkəmə əməkdaşı Aleko Elisaşvilinin işi üzrə ifadə verib: Əlimdən ət qoparmışdı

Qiorqi Rijamadze məhkəmə prosesində Aleko Elisaşvilinin məhkəmə kanselyariyasının binasında saxlanılması epizodu barədə danışıb.

InterPress.ge xəbər verir ki, Rijamadze terror aktına cəhd ittihamı ilə həbs olunan, Güclü Gürcüstan - Lelonın liderlərindən biri Aleko Elisaşvilinin işi üzrə şahid qismində ifadə verib.

Onun sözlərinə görə, Elisaşvili saxlanılarkən mandat əməkdaşlarına müqavimət göstərib və onları dişləyib.

“O, əlimizi, qolumuzu, çiynimizi dişləyirdi. Bu yara bu günə qədər qalıb. Sonda silahı əlindən almağa nail olduq, maskasını çıxardıq və Aleko Elisaşvili olduğunu tanıdıq. Əlimdən ət qopmuşdu, elə dişləmişdi”, – deyə Rijamadze bildirib.

Şahid qeyd edib ki, Elisaşvili məhkəmə binasını yandırmaq niyyətində olduğunu söyləyib.

“Silahı əlindən almağa çalışanda məni dişlədi ki, əlini azad edib niyyətini həyata keçirsin. Bizə ‘öldürəcəyəm’ deyə hədə-qorxu gəlirdi. Deyirdi ki, vətənpərvər adamdır, bu məhkəmə ədalətsizdir və hakimlər ədalətsiz qərarlar çıxarırlar. Bildirdi ki, binanı yandırmaq istəyirdi”, – deyə o əlavə edib.

Rijamadzenin sözlərinə görə, hadisə yerində içərisində sarı rəngli maye olan şüşə və qara çanta da aşkar edilib.

Gürcüstan Prokurorluğunun məlumatına əsasən, Aleko Elisaşvili binadakı sənədlərin və əşyaların üzərinə böyük miqdarda alışqan maddə tökərək yanğın törətməyə cəhd edib. İstintaq həmçinin iddia edir ki, siyasətçi mandat xidmətinin əməkdaşlarından birinə hücum edib və onu döyüb.

Qeyd edək ki, Aleko Elisaşvili daha bir cinayət işi üzrə – Əli Babayevə qarşı siyasi motivli təqib ittihamı ilə də mühakimə olunur.

Bizimlə əlaqə saxlayın