“İnterpol”un qırmızı bülleteni ilə axtarılan Türkiyə vətəndaşı saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları və Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin əməkdaşları “İnterpol”un qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, saxlanılan şəxs Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif ağır cinayətlərə görə “İnterpol”un qırmızı bülleteni ilə beynəlxalq səviyyədə axtarışda olub.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları məhkum olunmuş şəxsi həyata keçirilən istintaq tədbirləri nəticəsində Batumidə saxlayıblar.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericiliyə uyğun ekstradisiya prosedurları davam etdirilir.


