20 
May
2026
12:23
181

Tbilisidə Rusiya vətəndaşı külli miqdarda narkotiklə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Qldani-Nadzaladevi Baş İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və realizəsinə şərait yaratmaq ittihamı ilə Rusiya Federasiyası vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə saxlanılan şəxsin üzərində və müvəqqəti yaşadığı mənzildə aparılan axtarış zamanı müxtəlif yerlərdən maddi sübut kimi xüsusilə külli miqdarda narkotik vasitələr, o cümlədən “kokain” və “metadon” aşkarlayaraq götürüblər.

Polis tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materiallar və pul vəsaiti də müsadirə olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260 prima maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın