20 
May
2026
22:17
476

Gənc oğlan bıçaqlanaraq öldürülüb

Gürcüstanın Quriya bölgəsində, Çoxatauri bələdiyyəsinin Koxnari kəndində gənc kişi qətlə yetirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, 35 yaşadək kişinin öldürülməsi faktı ilə bağlı qəsdən adamöldürmə ittihamı ilə bir nəfər saxlanılıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Çoxatauri bələdiyyəsinin Koxnari kəndində qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək bir nəfəri yaralayıb və hadisə yerindən qaçıb.

Aldığı xəsarətlər nəticəsində gənc kişi hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi “isti izlərlə” təqsirləndirilən şəxs qismində saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər