22 
May
2026
14:25
178

Tbilisidə xarici ölkə vətəndaşı narkotik ittihamı ilə saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi İdarəsinin əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratmaq ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərində və yaşadığı evdə aparılan axtarış zamanı satış məqsədilə hazırlanmış, 23 bağlamaya bölünmüş xüsusilə külli miqdarda “Metadon” narkotik vasitəsini maddi sübut kimi götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260-cı prima maddələri ilə istintaq aparılır.

Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın