DTX əməkdaşı avtomobildə ölü tapıldı – istintaq başladılıb
Gürcüstan Prokurorluğunun məlumatına görə, Antikorrupsiya Agentliyinin əməkdaşı bu gün Xaşuridə, Tabidze küçəsində öz avtomobilində odlu silah yarası ilə ölü tapılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyinin əməkdaşının ölümü ilə bağlı Şida Kartli və Mtsxeta-Mtianeti dairə prokurorluğunun istintaq idarəsi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başlanıb.
“Müvafiq təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir”, – deyə Prokurorluğun açıqlamasında bildirilir.
Daha sonra Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti də hadisə ilə bağlı bəyanat yayıb.
DTX Antikorrupsiya Agentliyinin “seçilən, ləyaqətli və peşəkar əməkdaşının vəfatı” ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib və mərhumun ailəsinə, yaxınlarına başsağlığı verib.
“Onun ölümü bizim və xidmətimiz üçün böyük faciə və ağır itkidir”, – deyə DTX-nin açıqlamasında qeyd olunub.


