Gürcüstanda hava pisləşir – güclü yağış, dolu və sel təhlükəsi gözlənilir
Sinoptiklərin proqnozuna görə, mayın 25-i səhər saatlarınadək Gürcüstanın əksər ərazilərində yağışlı hava şəraiti davam edəcək.
InterPress.ge xəbər verir ki, Gürcüstanın Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, mayın 23-ü günün ikinci yarısından mayın 25-i səhərədək ölkənin əksər bölgələrində fasilələrlə yağıntı gözlənilir, bəzi yerlərdə yağışın güclü olacağı, şimşək və dolu ehtimalının olduğu bildirilib.
Agentliyin məlumatında qeyd olunur ki, gözlənilən intensiv yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsinə səbəb ola bilər.
Qurum təhlükə səviyyəsinin orta olduğunu açıqlayıb.


