23 
May
2026
22:51
106

Şako Kuçaşvili: “‘İliaUni-ni qoru’ təşəbbüsünün arxasında Nika Parulava dayanır”

Vətəndaş fəalı Şako Kuçaşvili “İliaUni-ni qoru” təşəbbüsünü tənqid edib və bildirib ki, təşəbbüsün arxasında “Axali” partiyasının liderlərindən biri Nika Parulava dayanır.

InterPress.ge xəbər verir ki, Şako Kuçaşvili bu barədə sosial şəbəkədə paylaşım edib. Onun sözlərinə görə, “İliaUni-ni qoru” nümayəndələri artıq toplanan vəsaitin Düxenn əzələ distrofiyasından əziyyət çəkən uşaqlar üçün əlil arabaları və digər ehtiyaclara yönəldiləcəyini bildirirlər.

Kuçaşvili qeyd edib ki, Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlər üçün onsuz da maliyyə ayrılıb.

“İndi artıq deyirlər ki, bu pullar dərman alınması üçün toplanmırmış. İnsanlardan saatlarla ‘uşaqlara dərman lazımdır’ deyərək pul köçürmələrini istəyirdilər, amma əslində söhbət ümumiyyətlə dərmandan getmirmiş – söhbət əlil arabaları və digər ehtiyaclardan gedirmiş”, – deyə o yazıb.

Şako Kuçaşvilinin sözlərinə görə, rəsmi məlumata əsasən, uşaqlar üçün əlil arabaları, ilkin ehtiyaclar, masaj və müxtəlif kurslar üçün nazirlik tərəfindən artıq 3 milyon lari ayrılıb.

Onun fikrincə, baş verənlər “şübhəli reputasiyaya malik gənclərin siyasi dividend qazanmaq cəhdi olan növbəti blefdir”.

Bizimlə əlaqə saxlayın