24 
May
2026
13:49
213

Rustavidə iki nəfər narkotik ittihamı ilə saxlanıldı

Gürcüstan polisi külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratmaq ittihamı ilə iki nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxslərin üzərində aparılan axtarış zamanı satış üçün hazırlanmış 27 bağlamada “Marixuana” və “Alfa-PVP” narkotik vasitələri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Məlumata görə, əməliyyatı Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları həyata keçiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərindən, eləcə də onların göstərdiyi müxtəlif yerlərdən satış məqsədilə qablaşdırılmış narkotik vasitələri götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260-cı prima maddələri ilə istintaq aparılır.

Həmin maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın