24 
May
2026
14:06
403

Azyaşlı oğurluq ittihamı ilə saxlanıldı – mağazadan telefon və noutbuk oğurlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Xaşuri Rayon İdarəsinin əməkdaşları şərti cəza altında olan azyaşlını oğurluq ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs gecə saatlarında Xaşuridə yerləşən elektronika mağazasına qanunsuz daxil olub.

Məlumata görə, azyaşlı mağazadan mobil telefonlar, noutbuk, müxtəlif elektron avadanlıqlar və kassada olan pulu oğurlayaraq hadisə yerindən qaçıb.

Nazirliyin açıqlamasında bildirilir ki, həyata keçirilən kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları qısa müddətdə cinayəti törədən şəxsin kimliyini müəyyən edərək onu saxlayıblar.

Polis tərəfindən oğurlanmış əşyaların tam şəkildə götürüldüyü qeyd olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır.

Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər