24 
May
2026
21:11
1445

Yeni qərar – Bu ailələr sosial yardım bazasından çıxarılacaq

Gürcüstanda aylıq gəliri müəyyən həddi keçən ailələr sosial cəhətdən həssas şəxslərin vahid bazasından çıxarılacaq.

InterPress.ge xəbər verir ki, bununla bağlı qərarı Gürcüstan hökuməti qəbul edib. Sənədi mayın 7-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.

Qərarda qeyd olunur ki, məlumat bazasında qeydiyyatda olan ailənin əməkhaqqı formasında əldə etdiyi vergiyə cəlb olunan gəlir hesabat ayından əvvəlki son 3 ay ərzində ailənin hər bir üzvü üzrə hesablandıqda aylıq 1250 lari və ya daha çox təşkil edərsə, həmin ailənin sosial-iqtisadi vəziyyəti yenidən qiymətləndirilmədən bazadakı qeydiyyatı dayandırılacaq.

Söhbət Gürcüstan hökumətinin “Ölkədə yoxsulluq səviyyəsinin azaldılması və əhalinin sosial müdafiəsinin təkmilləşdirilməsi tədbirləri haqqında” qərarından gedir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər