25 
May
2026
13:33
164

Kobaxidze: Müxalifət ABŞ-la Gürcüstan hakimiyyəti arasında münasibətlərin yaxşılaşmasından qorxur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifət ABŞ-ın yeni administrasiyası dövründə Vaşinqtonla Gürcüstan hakimiyyəti arasında münasibətlərin yaxşılaşacağından ehtiyat edir.

InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze bu barədə jurnalistin “Dəyişikliklər Koalisiyası” liderlərindən Zurab Qirçi Caparidzenin “ABŞ administrasiyası demokratiya və insan hüquqlarına fokuslanmayıb” bəyanatı ilə bağlı sualını cavablandırarkən danışıb.

Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti ABŞ tərəfi ilə baş tutan bir neçə mühüm təmasdan sonra münasibətlərin keyfiyyətcə yenilənəcəyi ilə bağlı nikbin mövqeyini qoruyur.

“Müxalifət qorxur ki, yeni administrasiya şəraitində ABŞ ilə hakimiyyət arasında münasibətlər yaxşılaşacaq. Məhz bu qorxu onları danışdırır”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, müxalifətin bu reaksiyası onların “guya Qərbyönlü mahiyyətinin və Qərbə inteqrasiya istəklərinin saxta olduğunu” göstərir.

“Biz ABŞ tərəfi ilə bir neçə mühüm kommunikasiya həyata keçirdikdən sonra Gürcüstan-ABŞ münasibətlərinin keyfiyyətcə yenilənəcəyinə dair optimizmimizi saxladıq. Onları məhz bu narahat edir”, – deyə Baş nazir vurğulayıb.

İrakli Kobaxidze əlavə edib ki, müxalifətin əsas məqsədi Gürcüstan dövləti üçün problemlər yaratmaqdır.

“Onların maraqlandığı yeganə məsələ tapşırıqları yerinə yetirməkdir. Bu tapşırıq isə dövlətimiz üçün hansısa problemlər yaratmaqdan ibarətdir. Gürcüstan-ABŞ münasibətlərində müsbət tendensiyalar isə bu tapşırıqlarla ziddiyyət təşkil edir”, – deyə Kobaxidze qeyd edib.

Baş nazir bildirib ki, hökumət müsbət proseslərdən məmnundur, müxalifət isə bu tendensiyalardan narahat olur.

“Müxalifət müsbət tendensiyalara görə əsəbiləşir, biz isə bu müsbət proseslərə sevinirik”, – deyə İrakli Kobaxidze əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər