25 
May
2026
14:26
127

ABŞ Dövlət Departamentinin nümayəndələri Gürcüstana səfər ediblər

ABŞ Dövlət Departamentinin nümayəndələri Gürcüstana səfər ediblər.

InterPress.ge xəbər verir ki, nümayəndə heyəti ölkəyə mayın 24-də gəlib və səfər mayın 29-dək davam edəcək.

ABŞ-ın Gürcüstandakı səfirliyinin “İnterPressNews”a verdiyi məlumata görə, səfər çərçivəsində Dövlət Departamentinin nümayəndələri Gürcüstan hakimiyyəti, siyasi partiyalar və biznes sektoru nümayəndələri ilə görüşlər keçirəcəklər. Həmçinin dini liderlərlə də görüşlərin planlaşdırıldığı bildirilir.

Səfirliyin məlumatında qeyd olunur ki, görüşlər əsasən iki ölkə arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması və həm gürcü, həm də amerikalı xalqların rifahının artırılması məsələlərinə həsr olunacaq.

Nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibinin ofisinin nümayəndəsi və xüsusi köməkçisi Çarlz Yoki, həmçinin ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri bürosunun nümayəndəsi Piter Andreoli daxildir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər