Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Mövlud Çavuşoğlunun Azərbaycana səfərinin əsas məqsədi açıqlandı

1,248
Mövlud Çavuşoğlunun Azərbaycana səfərinin əsas məqsədi açıqlandı
Dinləmək üçün basın

“Azərbaycanın öz torpaqlarda Ermənistanın silahlı qüvvələrinin təcavüzünə qarşı apardığı mübarizə dönəmində Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycan xalqına dəstəyini göstərmək üçün bu gün Azərbaycana gəlmişəm”.

“Azərbaycanın öz torpaqlarda Ermənistanın silahlı qüvvələrinin təcavüzünə qarşı apardığı mübarizə dönəmində Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycan xalqına dəstəyini göstərmək üçün bu gün Azərbaycana gəlmişəm”.

InterPress.ge Azərbaycan KİV-nə istinadən məlumat verir ki, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyə həmişə Azərbaycanın yanında olacaq:

“Biz bu gün də, sabah da Azərbaycanın yanında olacağıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və türk xalqının sizlərə salamı var. Bütün dünyaya demək istəyirik ki, Dağlıq Qarabağ Azərbaycanındır.

Azərbaycanın işğal olunmuş torpaqları bütün qərarlara rəğmən, bu günə kimi qaytarılmayıb. Heç bir beynəlxalq qərarlar icra olunmadı. Bir milyondan artıq məcburi köçkün öz evlərinə köçmək üçün gözləyir”.

O qeyd edib ki, Ermənistan hər zaman Azərbaycan torpaqlarına təcavüz edib:

“Onlar mülki şəxslərə və orduya hücum etdilər. Ermənistan silahlı qüvvələri Gəncəyə, Mingəçevirə, Xızıya, Abşerona hücum edir. Bu, insanlıq günahıdır”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →