30 
May
2026
21:18
1283

Ağır qəza: İki nəfər ölüb, bir nəfər yaralanıb

Martvili bələdiyyəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, qəza Qaçedili kəndi yaxınlığında baş verib. Minik avtomobili idarəetmədən çıxaraq binanın divarına çırpılıb.

Hadisə nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər