Bolnisidə ana 7 yaşlı uşağını öldürdü - Təfərrüatlar məlumat oldu
Bolnisi bələdiyyəsində 7 yaşlı uşağın qətli ilə bağlı dəhşətli hadisə baş verib.
InterPress.ge xəbər verir ki, hadisə Xaçalacvar kəndində qeydə alınıb. Məlumata görə, 42 yaşlı qadın 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb, daha sonra isə intihara cəhd edib.
Qadın özünə çoxsaylı bıçaq xəsarətləri yetirsə də, həkimlər onun həyatını xilas edə biliblər.
Məlumata əsasən, öldürülən uşaq Fərux Əhmədovdur. Cinayətdə şübhəli bilinən Svetlana Əhmədova isə Azərbaycan vətəndaşıdır.
Hadisədən sonra ailə üzvlərinin baş verənləri gizlətməyə çalışdığı bildirilir. Lakin məlumat qısa müddət sonra hüquq-mühafizə orqanlarına çatıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qadın saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə istintaq aparılır. Bu maddə yetkinlik yaşına çatmayan şəxsin ağırlaşdırıcı hallarda qəsdən öldürülməsini əzərdə tutur.
Yayılan məlumatlara görə, saxlanılan qadının psixi problemləri olub.
Hadisənin bütün təfərrüatları araşdırılır.


