Almaniyada yoxsulluq səviyyəsi tarixi maksimuma çatıb
Almaniyada yoxsulluq səviyyəsi yeni rekord həddə yüksəlib.
InterPress.ge xəbər verir ki, bu barədə Paritätische Wohlfahrtsverband təşkilatının yeni hesabatında məlumat verilib.
Yoxsulluq hesabatına əsasən, 2024-cü ildən 2025-ci ilə qədər bu göstərici 0,6 faiz bəndi artaraq əhalinin 16,1 faizinə çatıb.
Təşkilatın açıqlamasında bildirilir ki, “yalnız nisbi gəlir yoxsulluğu meyarı nəzərə alınarsa, Almaniyada 13,3 milyon insan yoxsulluq şəraitində yaşayır”.
Qeyd olunur ki, bu məlumatlar Almaniyanın Federal Statistika İdarəsi tərəfindən hələ fevral ayında dərc edilmişdi. Avropa İttifaqının meyarlarına əsasən, sözügedən şəxslər rəsmi olaraq yoxsulluq riski altında olan əhali hesab edilir.
Paritätische Wohlfahrtsverband isə bu göstəricini “kədərli rekord” adlandırıb və vurğulayıb ki, əvvəlki illərdə heç vaxt bu qədər insan yoxsulluqdan əziyyət çəkməyib.


