04 
Iyn
2026
13:16
210

Mtkvari (Kür) çayına düşən avtomobil hadisəsi ilə bağlı bir nəfər saxlanılıb

Tbilisidə avtomobilin Mtkvari (Kür) çayına düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Patrul Polis Departamentinin əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində Tbilisidə, Mtkvari (Kür) çayının sol sahilində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olan sürücünü saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 2 iyun tarixində idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəza şəraiti yaradıb və yolda hərəkət edən digər avtomobillərlə toqquşub. Bundan sonra avtomobillərdən birinin sürücüsü nəqliyyat vasitəsini idarə edə bilməyib və avtomobillə birlikdə Mtkvari (Kür) çayına düşüb.

Həmin sürücünün axtarış-xilasetmə işləri hazırda da fasiləsiz şəkildə davam etdirilir. Əməliyyata yanğınsöndürən-xilasedicilərlə yanaşı, dalğıclar qrupu və bütün müvafiq xüsusi xilasetmə texnikaları cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır.

Bizimlə əlaqə saxlayın