Gürcüstanda hava dəyişəcək
İyunun 6-8-də Gürcüstanın ayrı-ayrı rayonlarında yüksək temperatur fonunda qısamüddətli yağış və şimşək müşahidə olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlik məlumat yayıb.
Məlumata görə, Tbilisidə gecə və axşam saatlarında qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +27, +29 dərəcə təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) əsasən isti və yağıntısız hava şəraiti hökm sürəcək. Temperatur gündüz saatlarında +25, +27 dərəcə olacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) isti hava şəraitində bəzi yerlərdə zəif yağış gözlənilir. Havanın temperaturu +27, +29 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Saqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) bəzi yerlərdə qısamüddətli yağış ehtimal olunur. Temperatur +26, +28 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) bəzi ərazilərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +21, +23 dərəcə olacaq.
Kartli bölgəsində (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) bəzi yerlərdə qısamüddətli yağış və şimşək müşahidə ediləcək. Temperatur +27, +29 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) bəzi ərazilərdə qısamüddətli yağış və şimşək gözlənilir, dolu düşməsi də mümkündür. Havanın temperaturu +27, +29 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Temperatur +24, +26 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Salka, Bakuriani, Qudauri (Post), Omalo) bəzi ərazilərdə qısamüddətli yağış gözlənilir. Temperatur gündüz saatlarında +16, +18 dərəcə olacaq.


