05 
Iyn
2026
12:58
89

Papuaşvili: Radikallar hətta yaxşı işlərə belə nifrətlə yanaşırlar

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, hökumət üçün əsas məsələ valideynlərin və cəmiyyətin dövlətin uşaqlara göstərdiyi qayğını görməsidir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında danışıb.

Papuaşvilinin sözlərinə görə, Gürcüstanda elə radikal qruplar var ki, onlar üçün mövzunun mahiyyəti əhəmiyyət daşımır və istənilən məsələni öz siyasi gündəlikləri üçün istifadə edə bilirlər.

“Bizim üçün əsas olan valideynlərin və cəmiyyətin Gürcüstan hökumətinin uşaqlara və onların maraqlarına necə qayğı göstərdiyini görməsidir. Digər qruplara gəlincə, hamımız bilirik ki, Gürcüstanda mövzunun nə olmasının fərq etmədiyi radikal qruplar mövcuddur. Onlar hər şeyi öz siyasi gündəlikləri üçün istifadə edə bilərlər. Onlar üçün mənəvi dəyərlər işləmir. Hətta yaxşı işlərə belə nifrətlə yanaşırlar. Buna görə də burada bizim üçün təəccüblü heç nə yoxdur.

Bizim üçün əsas olan odur ki, Gürcüstan əhalisi, valideynlər və onların övladları bilsinlər ki, Gürcüstan hökumətinin əsas vəzifəsi öz vətəndaşlarına qayğı ilə yanaşmaq və mümkün olan hər şeyi etməkdir”, – deyə Papuaşvili bildirib.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze daha əvvəl Düşenn əzələ distrofiyasından əziyyət çəkən uşaqların konkret dərman preparatları ilə təmin olunması məsələsi üzərində işləyəcək xüsusi işçi qrupunun yaradılacağını açıqlamışdı.

Baş nazirin sözlərinə görə, konkret dərman vasitələrinin alınması ilə bağlı yekun qərar müxtəlif amillər, o cümlədən əczaçılıq şirkətlərinin təklif etdiyi şərtlər nəzərə alınmaqla qəbul ediləcək.

Bizimlə əlaqə saxlayın