07 
Iyn
2026
23:40
141

Kobaxidze Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində partiyasının əldə etdiyi nəticə münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, Gürcüstan hökumətinin başçısı bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.

Kobaxidze paylaşımında Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə hazır olduğunu bildirib.

“Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı partiyasının seçkilərdə qazandığı uğur münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Xalqlarımızın rifahı naminə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın və dostluq münasibətlərinin daha da gücləndirilməsi üçün sıx əməkdaşlığımızın davam etməsini səbirsizliklə gözləyirəm”, – deyə İrakli Kobaxidze qeyd edib.

Bizimlə əlaqə saxlayın