11 
Iyn
2026
23:50
467

Ailə faciəsi: Oğul atasını boğazından bıçaqladı

Senaki şəhərində oğul atasına bıçaqlı hücum edib. Hadisə Zuqdidi küçəsində baş verib.

InterPress.ge xəbər verir ki, mövcud məlumata əsasən, təxminən 65 yaşlı kişiyə ehtimal ki, soyuq silahla boyun nahiyəsindən xəsarət yetirilib. Hadisənin motivi və digər təfərrüatları hələlik məlum deyil.

Yaralı kişi xəstəxanaya çatdırılıb. Yerli sakinlərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima, 19/109-cu maddələri ilə başlanılıb. Həmin maddələr ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhdi nəzərdə tutur.

Nazirlikdən bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən isti izlərlə saxlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər