Gürcüstanda yağışlı hava nə vaxta kimi davam edəcək? - PROQNOZ
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə ölkənin bəzi bölgələrində isti hava şəraitinin fonunda qısamüddətli yağış və şimşək çaxacağını, bəzi ərazilərdə isə dolu düşə biləcəyini açıqlayıb.
InterPress.ge xəbər verir ki, sinoptiklərin proqnozuna əsasən, Tbilisidə gecə saatlarında qısamüddətli yağış və şimşək gözlənilir. Paytaxtda havanın temperaturu gündüz saatlarında +26, +28 dərəcə olacaq.
Sahil bölgələrində – Batumi, Kobuleti, Anaklia və Potidə iyunun 13-də hava isti və yağıntısız keçəcək, 14-15 iyun tarixlərində isə yağış yağacağı proqnozlaşdırılır. Gündüz temperaturu +23, +25 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə 13 iyunda yağmursuz hava müşahidə olunacaq, 14-15 iyunda isə yağış gözlənilir. Havanın temperaturu +26, +28 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında – Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti aşırımında iyunun 13-də isti və yağıntısız hava hökm sürəcək, 14-15 iyunda isə yağış yağacaq. Temperatur +25, +27 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq ərazilərində – Mestia və Baxmaroda bəzi yerlərdə qısamüddətli yağış və şimşək gözlənilir. Burada gündüz temperaturu +20, +22 dərəcə təşkil edəcək.
Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvalidə arabir qısamüddətli yağış və şimşək müşahidə olunacaq, bəzi ərazilərdə dolu düşə bilər. Havanın temperaturu +27, +29 dərəcə olacaq.
Kaxetidə – Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaro rayonlarında da arabir yağış və şimşək gözlənilir, dolu ehtimalı var. Temperatur +27, +29 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə qısamüddətli yağış və şimşək proqnozlaşdırılır, bəzi yerlərdə dolu mümkündür. Temperatur +25, +27 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq ərazilərində – Axalkalaki, Tsalka, Bakuriani, Qudauri (Post) və Omaloda da arabir yağış və şimşək gözlənilir. Bu bölgələrdə gündüz temperaturu +17, +19 dərəcə təşkil edəcək.
Milli Ətraf Mühit Agentliyi vətəndaşlara hava şəraitində gözlənilən dəyişiklikləri nəzərə almağı və xüsusilə dolu ehtimalı olan ərazilərdə ehtiyatlı olmağı tövsiyə edib.


