12 
Iyn
2026
14:38
60

Nikol Paşinyan Putini Rusiya Günü münasibətilə təbrik etdi: Qarşılıqlı hörmət əlaqələrimizi daha da gücləndirəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan "Rusiya Günü" münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

InterPress.ge xəbər verir ki, Paşinyan məktubunda Ermənistan və Rusiya xalqları arasında mövcud olan çoxşaxəli əlaqələrin, eləcə də suverenlik və milli maraqlara hörmət prinsiplərinə əsaslanan açıq və konstruktiv dialoqun iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

"Mən əminəm ki, Ermənistan Respublikası və Rusiya Federasiyası xalqları arasında mövcud olan çoxşaxəli əlaqələr, eləcə də bir-birinin suverenliyinə və milli maraqlarına hörmətə əsaslanan açıq və konstruktiv dialoqa qarşılıqlı hazır olmaq bundan sonra da ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının bütün potensialından istifadə olunmasına xidmət edəcək", – deyə Paşinyanın məktubunda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər