2026-cı il üzrə vahid milli imtahanların cədvəli açıqlandı – İmtahanlar iyulun 2-də başlayacaq
Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların keçirilmə tarixləri məlum olub. İmtahanlar iyulun 2-də gürcü dili və ədəbiyyatı fənni ilə başlayacaq və iyulun 22-də fizika imtahanı ilə başa çatacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi (NAEC) məlumat yayıb.
Məlumata əsasən, vahid milli imtahanların ətraflı cədvəli belədir:
• 2 iyul (I və II sessiya) – Gürcü dili və ədəbiyyatı;
• 3 iyul (I və II sessiya) – Gürcü dili və ədəbiyyatı;
• 2 iyul (I sessiya) – Osetin dili;
Xarici dillər üzrə imtahanlar:
• 6 iyul (I və II sessiya) – İngilis dili;
• 7 iyul (I və II sessiya) – İngilis dili;
• 8 iyul (I sessiya) – Rus dili;
• 8 iyul (I sessiya) – Alman dili;
• 8 iyul (I sessiya) – Fransız dili;
Digər fənlər üzrə imtahanlar:
• 10 iyul (I və II sessiya) – Riyaziyyat;
• 13 iyul (I və II sessiya) – Tarix;
• 14 iyul (I sessiya) – Tarix;
• 14 iyul (II sessiya) – Kimya;
• 15 iyul (I sessiya) – Vətəndaş təhsili;
• 16 iyul (I sessiya) – Biologiya;
• 17 iyul (I sessiya) – Ümumi bacarıqlar (erməni dilində);
• 17 iyul (I sessiya) – Ümumi bacarıqlar (Azərbaycan dilində);
• 17 iyul (I sessiya) – Təsviri və tətbiqi incəsənət;
• 20 iyul (II sessiya) – Coğrafiya;
• 21 iyul (I sessiya) – Ədəbiyyat;
• 22 iyul (I sessiya) – Fizika.
NAEC-in məlumatına görə, müəllimlərin sertifikasiya imtahanlarında iştirak edəcək namizədlər üçün imtahan prosesi 5 iyuldan başlayacaq.
Bundan əlavə, 17 iyulda tələbələr üçün qrant müsabiqəsi keçiriləcək. Magistraturaya qəbul olmaq istəyən namizədlər isə ümumi magistratura imtahanlarını 23 və 24 iyul tarixlərində verəcəklər.
Mərkəzdən bildirilib ki, imtahanın tarixi, iştirakçının imtahana gəlmə vaxtı və imtahan mərkəzinin ünvanı imtahan buraxılış vərəqəsində göstəriləcək. Buraxılış vərəqələrinin nə vaxtdan etibarən şəxsi qeydiyyat səhifəsindən çap edilə biləcəyi barədə məlumat isə Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin rəsmi internet səhifəsində dərc olunacaq.
2026-cı ildə imtahan mərkəzləri Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltsixe, Qori, Ozurgeti, Rustavi, Telavi, Xulo və Ambrolauri şəhərlərində fəaliyyət göstərəcək.


