27 
Iyn
2026
12:34
116

Sahibsiz itə amansızlıq edən şəxs saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi Şəhər İdarəsinin əməkdaşları heyvana qarşı amansız rəftar etməkdə ittiham olunan, əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan bir şəxsi saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Rustavi şəhərində soyuq silahdan istifadə edərək sahibsiz iti yaralayıb və hadisə yerindən qaçıb. Sahibsiz heyvan sığınacağa yerləşdirilib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar. Onun üzərində aparılan şəxsi axtarış zamanı bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər