GAİM-in yunan-Roma güləşçiləri Tbilisidə keçirilən turnirdə uğur qazanıblar
Tbilisi şəhərində, Mamuka Sultanişvili adına İdman Arenasında Əməkdar məşqçi Quram Quladişvilinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir keçirilib.
InterPress.ge xəbər verir ki, yarışda 2011–2013-cü il təvəllüdlü (U-15) və 2014–2016-cı il təvəllüdlü idmançılar müxtəlif çəki dərəcələri üzrə qüvvələrini sınayıblar.
Turnirdə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) yunan-Roma güləşi bölməsinin idmançıları da uğurla çıxış ediblər.
Yarışın yekunlarına əsasən:
🥇 Ömər Mursaqulov I yerə layiq görülüb.
🥉 Cəsur Mustafayev isə III yeri qazanıb.
Qaliblər diplom, medal və 150 lari dəyərində hədiyyə sertifikatı ilə mükafatlandırılıblar.
GAİM rəhbərliyi idmançıları və onların məşqçisi Elçin Mustafayevi qazandıqları uğur münasibətilə təbrik edərək, onlara gələcək yarışlarda yeni qələbələr və daha böyük nailiyyətlər arzulayıb.


