03 
Iyl
2026
14:17
69

SEPAH: İrana qarşı istənilən yeni hücum indiyədək görünməmiş sərt cavabla qarşılanacaq

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ölkəyə qarşı həyata keçiriləcək istənilən yeni hücum əvvəlkilərdən daha sərt və dağıdıcı cavabla qarşılanacaq.

InterPress.ge xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, "İrana qarşı istənilən yeni təcavüz qətiyyətli cavabla qarşılanacaq və bu cavab indiyədək görülməmiş dərəcədə dağıdıcı olacaq."

SEPAH həmçinin vurğulayıb ki, İranın digər silahlı qüvvələri ilə birlikdə ölkənin Ali Rəhbəri Müctəba Xameneinin rəhbərliyi altında tam döyüş hazırlığı vəziyyətindədir.

Bizimlə əlaqə saxlayın