04 
Iyl
2026
15:52
104

Tea House-da "Tusi Riyaziyyat Klubu"nun bilik yarışı keçirilib

Marneulidə fəaliyyət göstərən Tea House-da mərkəzin nəzdində fəaliyyət göstərən "Tusi Riyaziyyat Klubu" çərçivəsində riyaziyyat üzrə bilik yarışı təşkil olunub.

InterPress.ge xəbər verir ki, iyulun 4-də keçirilən yarışdan əvvəl iştirakçılara görkəmli Azərbaycan alimi Nəsrəddin Tusinin həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Daha sonra iştirakçılar onlara ünvanlanan sualları fərdi qaydada cavablandırıblar. Müsabiqə individual formatda keçirilib.

Tea House-un riyaziyyat kursunun üzvlərinin iştirakı ilə keçirilən yarışın qalibi Mələk Hümbətova olub. O, yarışın növbəti mərhələsinə vəsiqə qazanıb.

Bildirilib ki, müsabiqə ümumilikdə 6 turdan ibarət olacaq. Növbəti turlar yaxın həftələrdə keçiriləcək və hər turun qalibləri super final mərhələsində mübarizə aparacaqlar.

Tədbirin aparıcısı Türkan Kazımlı, yarışın rəhbəri isə riyaziyyat müəlliməsi Günel Abdullayeva olub.

Bizimlə əlaqə saxlayın