07 
Iyl
2026
13:03
63

NATO yeni kəşfiyyat təyyarələri və pilotsuz uçuş aparatları alacaq

NATO yeni nəsil kəşfiyyat təyyarələri və pilotsuz uçuş aparatlarından (PUA) ibarət donanma yaradacaq.

InterPress.ge xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte alyansın sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxışı zamanı məlumat verib.

Mark Rüttenin sözlərinə görə, NATO hazırda istifadə etdiyi köhnəlmiş AWACS hava erkən xəbərdarlıq və idarəetmə sistemini əvəz etmək məqsədilə 10 ədəd Saab GlobalEye tipli müşahidə təyyarəsi alacaq.

İsveçin Saab şirkətinin istehsal etdiyi GlobalEye təyyarələri ABŞ-ın Boeing şirkətinin istehsal etdiyi və hazırda geniş istifadə olunan AWACS platformasına alternativ hesab olunur.

Bundan əlavə, NATO tarixində ilk dəfə olaraq alyansın inventarına 5 ədəd Triton yüksək hündürlükdə fəaliyyət göstərən kəşfiyyat pilotsuz uçuş aparatı daxil ediləcək. Bu dronlar ABŞ-ın Northrop Grumman şirkəti tərəfindən istehsal olunur.

Mark Rütte bildirib ki, Norveç, Finlandiya, Almaniya və Danimarka bu texnikanın alınması ilə bağlı niyyət məktubunu imzalayacaqlar.

Baş katib əlavə edib ki, NATO həmçinin Airbus A400M hərbi nəqliyyat təyyarələrindən ibarət strateji hava daşımaları donanması da formalaşdıracaq.

Bizimlə əlaqə saxlayın