Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Baş nazir: "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu belə də davam edəcək"

1,015
Baş nazir: "Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu belə də davam edəcək"
Dinləmək üçün basın

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu belə də davam edəcək". InterPress . ge xəbər verir ki, Gürcüstanın Baş naziri Qiorqi Qaxariya insanları Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya-demarkasiyası ilə…

"Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu belə də davam edəcək".

InterPress.ge xəbər verir ki, Gürcüstanın Baş naziri Qiorqi Qaxariya insanları Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya-demarkasiyası ilə bağlı aparılan istintaqı siyasiləşdirməməyə çağırır.

Baş nazirin sözlərinə görə, bu məsələ Gürcüstanın daxili işidir və Azərbaycanla strateji tərəfdaşlığa heç bir zərər verməyəcək.

“ Hal-hazırda aparılan istintaqla bağlı danışmaq istəyirəm çünki bu məsələni, siyasiləşdirmək qətiyyən qəbuledilməzdir. Hamı bilməlidir ki, istintaq başa çatdıqdan sonra son nəticəni açıqlamalıyıq. Məsələ o qədər vacibdir ki, bu cür məsələlərin hər hansı bir siyasiləşmə cəhdi və ya siyasi spekulyasiyası sadəcə ölkəyə ziyandır. Buna görə də bu məsələnin siyasiləşdirmək tamamilə qəbuledilməzdir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu belə də davam edəcək. Qeyd edim ki, Gürcüstanın daxili işi olan istintaqın başlanması faktı, azərbaycanlı həmkarlarımızla bölüşdüyümüz istintaqın yeni şərtləri iki ölkə arasındakı strateji tərəfdaşlığa zərər verə bilməz. Bir daha insanları bu məsələni siyasiləşdirməməyə çağırıram çünki , bu ölkənin maraqlarına cavab verir”, - dedi Qiorqi Qaxariya.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →