Dünya birjalarında qızılın qiyməti sabit yüksək səviyyədə qalır.
InterPress.ge xəbər verir ki, Tbilisi vaxtı ilə saat 12:30-a olan məlumata əsasən, 1 unsiya qızılın qiyməti 4 113 ABŞ dolları təşkil edir. Gün ərzində qiymətli metalın dəyəri 1,02 faiz artıb.
Gümüşə gəlincə, hazırda 1 unsiya gümüşün qiyməti 59,4 ABŞ dollarıdır ki, bu da son 24 saat ərzində 2,15 faiz artım deməkdir.
Gürcüstan bazarında isə hazırda:
-
999 əyarlı qızılın 1 qramı – 355 lari (dünən 367 lari),
-
750 əyarlı qızılın 1 qramı – 260 lari (dünən 272 lari),
-
585 əyarlı qızılın 1 qramı – 207 lari (dünən 212 lari) təşkil edir.
Gümüşün qiymətlərinə gəlincə:
-
999 əyarlı gümüşün 1 qramı – 4,96 lari,
-
875 əyarlı gümüşün 1 qramı isə 4,34 lari təşkil edir.
