İran ABŞ-ı hərbi cinayətdə ittiham etdi: “Mülki infrastruktur və dəmir yolu körpülərinə zərbələr endirilib”
İran Xarici İşlər Nazirliyi ABŞ-ın ölkə ərazisinə endirdiyi son zərbələri qətiyyətlə pisləyib və onları hərbi cinayət adlandırıb.
InterPress.ge xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda ABŞ-ın cənub sahil əyalətlərində yerləşən mülki obyektlərə və Məşhəd şəhərinə gedən dəmir yolu körpülərinə endirdiyi zərbələrə etiraz bildirilib.
“Xarici İşlər Nazirliyi ABŞ-ın terrorçu ordusunun cənub sahil əyalətlərinə və müqəddəs Məşhəd şəhərinə gedən dəmir yolu körpülərinə qarşı həyata keçirdiyi təcavüzkar hücumları qətiyyətlə pisləyir. Bu, hərbi cinayətdir”, – deyə bəyanatda bildirilir.
Nazirlik həmçinin vurğulayıb ki, İran xalqı ölkənin ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumaqda qətiyyətlidir.


