Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanın iqtisadiyyat naziri baş katib ilə BTQ layihəsini müzakirə etdi

862
Gürcüstanın iqtisadiyyat naziri baş katib ilə BTQ layihəsini müzakirə etdi
Dinləmək üçün basın

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava TRASECA layihəsinin baş katibi Aset Asavbayevlə görüşüb.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava TRASECA layihəsinin baş katibi Aset Asavbayevlə görüşüb.

InterPress.ge xəbər verir ki, görüşdə TRASECA layihəsinin Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına yönəldiyi bildirilib.

Tərəflər Gürcüstanın layihədə iştirakını və gələcək əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

N.Turnava Gürcüstanda iqtisadi tendensiyalar, planlaşdırılan islahatlar, ölkənin nəqliyyat və loqistika imkanlarının gücləndirilməsi üçün hökumətin qəbul etdiyi qərarlar barədə məlumat verib.

Nazir Gürcüstanda həyata keçirilən iri miqyaslı infrastruktur layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb sürət magistralı və limanların inkişafı ilə bağlı layihələr barədə danışıb.

Onun sözlərinə görə, bu layihələrin yekunlaşdırılmasından və istifadəyə verilməsindən sonra Gürcüstanın nəqliyyat infrastrukturunun imkanları əhəmiyyətli dərəcədə artacaq, həmçinin daşınmaların təhlükəsizliyi də gücləndiriləcək.

Görüşdə “Orta dəhliz” layihəsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Tərəflər dəhlizin inkişafı üçün əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →