13 
Iyl
2026
13:46
70

Kaya Kallas: Gürcüstan hökuməti ilə faktiki əlaqəmiz yoxdur, biz gürcü xalqını dəstəkləmək istəyirik

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa İttifaqının Gürcüstan hökuməti ilə faktiki əlaqəsi yoxdur və qurumun məqsədi hökuməti deyil, gürcü xalqını dəstəkləməkdir.

InterPress.ge xəbər verir ki, Kaya Kallas bu barədə Brüsseldə Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl „Euroscope“ nəşrinin sualını cavablandırarkən danışıb.

Kallasın sözlərinə görə, Avropa İttifaqında gürcü xalqının Avropaya olan ümidini itirməməsi üçün hansı addımların atıla biləcəyi müzakirə olunub.

"Ötən il hazırladığımız Qara dəniz strategiyası artıq mövcuddur və hazırda onun həyata keçirilməsi mərhələsindəyik. Bu prosesdə, əlbəttə ki, Qara dəniz ətrafında yerləşən müxtəlif ölkələr mühüm rol oynayır. Hazırda Gürcüstanla bağlı müəyyən çətinliklərimiz var, çünki Gürcüstan hökuməti ilə faktiki olaraq əlaqəmiz yoxdur və onu dəstəkləmək istəmirik. Biz gürcü xalqını dəstəkləmək istəyirik. Həmçinin müzakirə etdik ki, bunu necə daha səmərəli edə bilərik ki, gürcü xalqı Avropaya olan ümidini itirməsin", – deyə Kaya Kallas bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər