17 
Iyl
2026
10:00
99

CENTCOM: ABŞ ordusu İrana qarşı növbəti zərbələr dalğasını uğurla həyata keçirib

ABŞ Silahlı Qüvvələri İrana qarşı növbəti zərbələr dalğasını uğurla həyata keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir.

Məlumata görə, ABŞ-ın qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmiləri yüksək dəqiqlikli sursatlardan istifadə edərək İranın onlarla hərbi obyektinə zərbələr endirib.

"ABŞ qüvvələri, o cümlədən qırıcılar, pilotsuz uçuş aparatları və hərbi gəmilər dəqiq döyüş sursatlarından istifadə edərək İranın sahil müşahidə və hava hücumundan müdafiə obyektləri, hərbi logistika infrastrukturu və dəniz imkanları kimi onlarla hərbi hədəfini vurublar", – deyə CENTCOM-un X sosial şəbəkəsində yayımladığı məlumatda qeyd olunub.

ABŞ Mərkəzi Komandanlığı endirilən zərbələrin sayı ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

Bununla yanaşı, bəyanatda vurğulanıb ki, ABŞ qüvvələri İranı son dövrlərdə kommersiya gəmilərinə qarşı həyata keçirilən hücumlara görə məsuliyyətə cəlb edir.

Bizimlə əlaqə saxlayın