17 
Iyl
2026
11:18
111

CNN: ABŞ-ın son zərbələri nəticəsində İranın Hörmüzqan əyalətində körpülər zədələnib

ABŞ-ın həyata keçirdiyi son hava zərbələri nəticəsində İranın cənubundakı Hörmüzqan əyalətində bir neçə körpü zədələnib.

InterPress.ge xəbər verir ki, bu barədə CNN İran KİV-lərinə istinadən məlumat yayıb.

Məlumata görə, zədələnən körpülərin əksəriyyəti Hörmüz boğazının sahilində yerləşən Bəndər-Abbas şəhərinə gedən marşrutlar üzərində yerləşir. Həmin şəhərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bazası yerləşir.

Bundan əvvəl İran mediası Bəndər-Abbas şəhərində dəmir yolu qovşağının da zədələndiyini xəbər vermişdi.

İranın Energetika Nazirliyinin məlumatına əsasən, Bəndər-Abbasda və ətraf kəndlərdə elektrik ötürücü xətlərə də ziyan dəyib.

İranın dövlət mediasının yaydığı məlumata görə, hücumlar nəticəsində azı 7 nəfər həlak olub, 9 nəfər isə yaralanıb.

Bizimlə əlaqə saxlayın