19 
Iyl
2026
09:19
301

Xamenei: Bu gün Böyük Şeytan bir daha öz həqiqi və maskasız simasını nümayiş etdirdi

İranın ali dini lideri Ayətullah Müctəba Xamenei ABŞ-ı sərt tənqid edərək Vaşinqtonu imzalanmış anlaşmanı pozmaqda ittiham edib.

InterPress.ge xəbər verir ki, bu barədə Xameneinin yaydığı bəyanatda bildirilir.

İranın ali dini liderinin sözlərinə görə, qarşılıqlı anlaşma memorandumunun pozulması ABŞ prezidentinin imzasının etibarsız və dəyərsiz olduğunu bir daha sübut edib.

"Bu gün Böyük Şeytan bir daha öz həqiqi və maskasız simasını nümayiş etdirdi. Cinayətlərin və yerinə yetirilməyən vədlərin bu qaranlıq təcrübəsi Amerikanın vicdansızlığını, məntiqsizliyini, etibarsızlığını və rəzilliyini təsdiqləyən daha bir mühüm sənəddir", – deyə bəyanatda qeyd olunur.

Xamenei bildirib ki, ABŞ müharibəni genişləndirməyə və İrana daha ağır itkilər verməyə çalışır.

"İndi amerikalı düşmən müharibəni alovlandırmağa və daha ağır itkilər yetirməyə çalışarkən bilməlidir ki, İran xalqı və müqavimət cəbhəsi onun üçün unudulmaz dərslər hazırlayıb", – deyə bəyanatda vurğulanır.

Bizimlə əlaqə saxlayın