Böyük Britaniyada qalmaqal: 10 yaşlı istismar qurbanını "fahişə" adlandırıblar
Böyük Britaniyada miqrantlardan ibarət azyaşlıların cinsi istismarı ilə məşğul olan mütəşəkkil qrupların qurbanı olmuş 10 yaşlı qızın dövlət qurumlarının nümayəndələri tərəfindən "fahişə" adlandırıldığı iddia edilir.
InterPress.ge xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin mühafizəkar üzvü Kris Filp azyaşlıların cinsi istismarı ilə bağlı qalmaqallı işlərə toxunarkən bildirib.
Filpin sözlərinə görə, bəzi hallarda dövlət qurumlarının nümayəndələri hətta 10 yaşlı qızları "fahişə" və ya "cinayətin iştirakçısı" kimi qiymətləndiriblər.
Deputat bildirib ki, qurbanlardan birinin atası qızını təcavüzdən qorumağa çalışarkən iki dəfə polis tərəfindən saxlanıldığını deyib.
Kris Filp qeyd edib ki, bu sistemli uğursuzluqlara baxmayaraq, indiyədək yüksək vəzifəli məmurlardan heç biri lazımi qaydada məsuliyyətə cəlb edilməyib.


