Mixeil Saakaşvili Onişe Oqriaşviliyə dəstəyini ifadə edib
Gürcüstanın sabiq prezidenti, məhkum olunmuş Mixeil Saakaşvili sosial şəbəkədə paylaşım edərək Onişe Oqriaşviliyə dəstəyini ifadə edib.
InterPress.ge xəbər verir ki, Saakaşvili paylaşımında Onişe Oqriaşvilini işıqlı, savadlı, açıq düşüncəli və pozitiv insan kimi xarakterizə edib.
O bildirib ki, diktatorların və diktatura nümayəndələrinin yumor hissi olmur və bunun ölkənin problemlərinin əsas səbəblərindən biri olduğunu qeyd edib.
“Necə gözəl oğlandır Onişe Oqriaşvili – hakimiyyət tərəfdarlarının hücumuna məruz qalan komediya ustası, işıqlı, savadlı, açıq düşüncəli və pozitiv insan. Diktatorun və diktatura nümayəndələrinin ümumiyyətlə yumor hissi yoxdur və bu, ölkəmizin problemlərinin əsas səbəblərindən biridir.
Əziz Onişe, hər şeyi çox yaxşı edirsən və heç nədən qorxma. Gələcək sənin və sənin kimilərindir. Belə insanların olduğu ölkədə bunların uzun müddət hakimiyyətdə qalması mümkün deyil”, – deyə Mixeil Saakaşvili yazıb.


