Reuters: Tehran Hörmüz boğazının birgə idarə olunması ilə bağlı Omanın təklifini qəbul etməyib
Tehran Hörmüz boğazının birgə regional idarə olunması ilə bağlı Omanın təklifini qəbul etməyib.
InterPress.ge xəbər verir ki, bu barədə iranlı yüksək vəzifəli şəxs Reuters agentliyinə bildirib.
Onun sözlərinə görə, ABŞ və Səudiyyə Ərəbistanı Omana təzyiq göstərərək strateji boğazla bağlı özlərinin qeyri-real planlarını həyata keçirməyə çalışırlar.
“Ommanla 50/50 prinsipi əsasında birgə nəzarət razılaşması İranın maraqlarına uyğun deyil. Bununla belə, Tehran Omanı dəyərli qonşu hesab edir”, – deyə rəsmi şəxs bildirib.
O qeyd edib ki, İran boğaza daxil olan bütün dəniz marşrutunun və çıxış marşrutunun bir hissəsinin İranın nəzarəti altında olmasını tələb edir.
Reuters-in mənbəsinin məlumatına görə, Hörmüz boğazı ətrafındakı münaqişənin həlli məqsədilə Oman İrana Fars körfəzi ölkələrinin dəstəklədiyi plan təqdim edib. Plan boğazın birgə idarə olunmasını və gəmilərdən könüllü ödənişlərin toplanmasını nəzərdə tutur.
Omanın təklifinə əsasən, İran Hörmüz boğazına təkbaşına nəzarət etməyəcək, gəmilər üçün nəzərdə tutulan ödənişlər isə könüllü olacaq.


