25 
Avq
2026
10:58
89

Zemo Larsdan bir həftə ərzində 113 mindən çox insan keçib

Rusiya-Gürcüstan sərhədində yerləşən Zemo Lars avtomobil sərhəd-keçid məntəqəsindən ötən həftə ərzində 113 mindən çox insan keçib.

InterPress.ge xəbər verir ki, bu barədə Şimali Osetiya rəhbərinin mətbuat xidməti məlumat yayıb. Məlumatı Rusiyanın “Prime” agentliyi yayıb.

Şimali Osetiyanın vitse-premyeri İrbek Tomaevin sözlərinə görə, eyni dövrdə sərhəd-keçid məntəqəsindən 33 mindən çox avtomobil də keçib.

Qeyd edək ki, Rusiya Federal Gömrük Xidməti daha əvvəl Zemo Larsdan avqustun 18-də bir sutka ərzində 20 mindən çox sərnişinin keçdiyini açıqlamışdı. Avqustun 15 və 16-da isə məntəqədən gündə 19 mindən çox insanın keçdiyi bildirilmişdi.

Gürcüstan Daxili İşlər Nazirliyi isə həmin göstəriciləri təkzib edərək, son 24 saat ərzində Zemo Lars vasitəsilə müxtəlif ölkələrin 7 880 vətəndaşının Gürcüstana daxil olduğunu, 8 406 nəfərin isə ölkəni tərk etdiyini açıqlamışdı.

Daha sonra Rusiya Federal Gömrük Xidməti “Kommersant”a bildirib ki, açıqlanan rəqəmlər həm Rusiyaya giriş, həm də Rusiyadan çıxış istiqamətindəki ümumi göstəriciləri əhatə edir.

Zemo Lars Rusiya ilə Gürcüstan arasında fəaliyyət göstərən yeganə quru sərhəd-keçid məntəqəsidir. Məntəqədə son günlər sərnişin və avtomobil axınının artması ilə əlaqədar uzun növbələrin yarandığı bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər