Tbilisidə yerləşən Sion Patriarxlıq kilsəsində Mariamoba bayramı ilə əlaqədar təntənəli ilahi ayin keçirilir.
InterPress.ge xəbər verir ki, ayini bütün Gürcüstanın Katolikos-Patriarxı, müqəddəs Şio III icra edir.
Bu gün pravoslav dünyası İsa Məsihin anası Müqəddəs Məryəmin vəfatını və göyə yüksəlişini ifadə edən Müqəddəs Məryəmin Yuxuya Getməsi – Mariamoba bayramını qeyd edir.
Xristian dünyasında Müqəddəs Üçlükdən sonra ən çox ehtiram göstərilən müqəddəs şəxs Məryəm hesab olunur. Böyük on iki bayramdan üçü – Müqəddəs Məryəmin doğulması, vəfatı və məbədə gətirilməsi birbaşa Məryəmə həsr olunub.
Mariamoba bayramından əvvəl iki həftəlik oruc tutulur.
