02 
Sen
2026
12:08
91

Putin: Ermənistan Rusiyanın hərbi bazasını lazımsız hesab edərsə, Rusiya ölkədən dərhal çıxacaq

Rusiya Ermənistandan, o cümlədən Gümrüdə yerləşən Rusiya hərbi bazasından sabah çıxmağa hazırdır, əgər İrəvan bu hərbi bazanın artıq lazım olmadığını hesab edərsə.

InterPress.ge xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

“Əgər Ermənistan hesab edirsə ki, Rusiyanın hərbi bazasına artıq ehtiyac yoxdur, biz sabah çıxacağıq. Amma Ermənistan buna hazırdırmı? Biz heç nəyi heç kimə zorla qəbul etdirmirik”, – Putin deyib.

Məlumat üçün bildirək ki, Rusiya Prezidenti Vladimir Putin dünən Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlamaq qərarının faktiki olaraq Avrasiya İqtisadi İttifaqından çıxmaqla eyni məna daşıdığını bildirib. Onun sözlərinə görə, hər iki təşkilata eyni vaxtda üzv olmaq mümkün deyil.

Bununla yanaşı, Putin Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı seçimi erməni xalqının etməli olduğunu deyib.

“Ermənistan hakimiyyəti xalqa Avropa İttifaqına üzvlüklə bağlı seçim etmək imkanı verməlidir. Ən sadə yol xalqa müraciət edib soruşmaqdır: “Nə istəyirsiniz?” Vəssalam”, – Putin bildirib.

Bizimlə əlaqə saxlayın