Gürcüstandan 1,3 milyard dollar dəyərində aqrar-ərzaq məhsulları ixrac edilib
2026-cı il avqustun 31-dək Gürcüstandan 1,3 milyard ABŞ dolları dəyərində aqrar-ərzaq məhsulları ixrac edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qurumun məlumatına görə, sözügedən göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.
Bildirilib ki, ötən ilin analoji dövründə Gürcüstandan 1,1 milyard ABŞ dolları dəyərində aqrar-ərzaq məhsulları ixrac olunub.
“2026-cı il avqustun 31-nə olan məlumata əsasən, əsas ixrac məhsulları spirtli içkilər, təbii üzüm şərabları, alkoqolsuz içkilər, fındıq, qaragilə, çəyirdəkli meyvələr, dəfnə yarpağı və digər məhsullardır”, - deyə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilib.


