09 
Okt
2020
22:32
4193

Şəhid düşən Məhərrəmov Orxan Binnət oglunun ailəsinə ziyarət edildi - FOTO

Əslən Marneulinin Qaçağan kəndindən olan şəhid Məhərrəmov Orxan Binnət oglunun ailəsi ziyarət edildi.

InterPress.ge xəbər verir ki, ziyarətə yerli QHT nümayəndələri və bir qrup gənc qatıldı.

Ziyarət edənlər şəhidin Qaçağan kəndində yaşayan nənəsinə və babasına baş sağlığı verdilər.

InterPress.ge-yə müsahibə verən Orxanın nənəsi Nazran Məhərrəmova bütün şəhid analarına baş sağlığı verdi.

"Şəhidlər ölməz vətən bölünməz. Allah bütün şəhidlərə rəhmət etsin. Bütün şəhid analarının başı sağ olsun. Mənim övladım sizin övladınızdır, o şəhiddir və məndə bir şəhid nənəsiyəm", - dedi Məhərrəmova.

Qeyd edək ki, Orxan Məhərrəmov Azərbaycanın Sumqayıt şəhərində yaşayırdı. Orxan hərbi xidmətini bir müddət əvvəl başa çatdırsada, başlayan son döyüşlərdə o, yenidən könüllü olaraq hərbi xidmətə gedib. Qəhramancasına vuruşan Orxan 8 oktyabr tarixində şəhid düşüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər