20 
Sen
2026
11:50
87

Vladimir Putin: Rusiya Cənubi Osetiya hakimiyyətinə və xalqına yardım göstərməyə davam edəcək

Rusiya Prezidenti Vladimir Putin işğal olunmuş Sxinvalinin qondarma “prezidenti” Marat Kambolova “Respublika Günü” münasibətilə təbrik məktubu göndərib.

InterPress.ge xəbər verir ki, Putin məktubunda Rusiya ilə Sxinvali arasındakı münasibətlərin mehriban qonşuluq və müttəfiqlik ruhunda uğurla inkişaf etdiyini bildirib.

Vladimir Putinin sözlərinə görə, “Moskva və Sxinvali müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir və regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi maraqları naminə qarşılıqlı fəaliyyət göstərirlər”.

“Şübhəsiz ki, çoxtərəfli tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə sıx birgə fəaliyyətimizi davam etdirəcəyik”, – təbrik məktubunda qeyd olunub.

Vladimir Putin həmçinin Rusiyanın “Cənubi Osetiya hakimiyyətinə və xalqına” yardım göstərməyə davam edəcəyini bildirib.

“Eyni zamanda təsdiqləmək istəyirəm ki, Rusiya dövlət quruculuğu və sosial-iqtisadi inkişafla bağlı vəzifələrin həllində Cənubi Osetiya hakimiyyətinə və xalqına mümkün olan bütün yardımı göstərməyə davam edəcək”, – məktubda qeyd olunub.

Qeyd edək ki, dünən işğal olunmuş Sxinvalidə qondarma “prezident seçkiləri” keçirilib. Qondarma “Mərkəzi Seçki Komissiyası”nın məlumatına görə, Marat Kambolov səslərin 84,95 faizini toplayaraq qalib gəlib.

Bizimlə əlaqə saxlayın