25 
Sen
2026
21:42
69

Gəlirlər Xidmətinin keçmiş rəhbər müavini vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 1 il 6 ay həbs cəzası alıb

Gürcüstan Gəlirlər Xidmətinin keçmiş rəhbər müavini Vladimir Xundadze xidməti səlahiyyətlərindən sui-istifadə faktı üzrə məhkəmə tərəfindən təqsirli bilinib. Məhkəmə ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Prokurorluğun məlumatına görə, məhkəmə prosesində araşdırılan sübutlarla müəyyən edilib ki, 2025-ci ilin birinci yarısında Gəlirlər Xidmətinin rəhbər müavini vəzifəsini tutan Vladimir Xundadzeni Qoridə xarici brendlərin əmtəə nişanlarından istifadə etməklə qanunsuz olaraq alkoqollu içkilər – viski və araq istehsal edən və saxlayan Boris Gogiçaişvili ilə şəxsi tanışlıq əlaqəsi olub.

Alkoqollu içkilərin istehsalı üçün zəruri olan müxtəlif məhsulların Gürcüstana maneəsiz gətirilməsi məqsədilə B. Gogiçaişvili Vladimir Xundadzeyə müraciət edib. Xundadzenin vəzifə səlahiyyətlərinə gömrük prosedurlarına nəzarət və onların icrasına nəzarət etmək daxil olub.

İstintaqın məlumatına görə, Vladimir Xundadze Boris Gogiçaişviliyə məhsulların ölkəyə gətirilməsi və gömrük rəsmiləşdirilməsi üçün uyğun vaxtla bağlı davamlı göstərişlər verib. O, həmçinin gömrük prosedurlarından keçərkən problemlərin yaranmaması üçün məhsulların hansı məzmunda bəyan edilməli olduğunu bildirib.

Nəticədə 2025-ci ilin birinci yarısında Gogiçaişvili heç bir maneə ilə qarşılaşmadan alkoqollu içkilərin istehsalı üçün zəruri məhsulları – xüsusi qablaşdırılmış şüşə butulkalar, etiketlər, qapaqlar və digər məhsulları Gürcüstana gətirib.

Bundan əlavə, Xundadze Gogiçaişvili və onunla əlaqəli şəxslər tərəfindən hansı cinayətin törədildiyindən xəbərdar olub. Buna baxmayaraq, o, müvafiq xidməti tədbirlər görməyib və ağır cinayət barədə digər dövlət qurumlarına məlumat verməyib.

Xundadzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 332-ci maddəsinin birinci hissəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Tbilisi Şəhər Məhkəməsi Xundadzeyə qarşı irəli sürülmüş ittiham üzrə onu təqsirli bilib və cəza olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb”, – deyə Prokurorluğun yaydığı məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər