26 
Sen
2026
14:21
69

İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Ukrayna vətəndaşı Batumidə saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Ukrayna vətəndaşını saxlayıb.

InterPress.ge xəbər verir ki, saxlanılan şəxs İsveçrə Konfederasiyasının hüquq-mühafizə orqanlarının müraciəti əsasında qətl ittihamı ilə axtarışda olub.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin və Acarıstan Baş İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri tədbir nəticəsində İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Ukrayna vətəndaşını saxlayıblar.

Saxlanılan şəxs İsveçrə Konfederasiyasının hüquq-mühafizə orqanlarının müraciəti əsasında qətl ittihamı ilə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Batumidə saxlayıblar.

Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir”, – deyə məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın