12 
Okt
2020
13:09
671

Bu şəxslər təsadüfi koronavirus testindən keçiriləcək

"Tezliklə məktəb müəllimləri və uşaq bağçasının tərbiyyəçilərinin seçim testi başlayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bu haqda Qurumlararası Koordinasiya Şurasının iclasından sonra baş tutan brifinqdə bildirib.

“Tezliklə müəllimlərin təsadüfi testdən keçirilməsinə başlayacağıq. Bilirsiniz ki, bir şagird koronavirus yoluxduqda, məktəb tam tam təcrid olunmur. Yalnız həmin sinifin müəllim və şagirdləri özünütəcridə keçirlər. Bu cür məhdudiyyətlər Tbilisidə yalnız məktəblərdə deyil, həm də ali təhsil ocaqlarında da tətbiq ediləcək. Bu məhdudiyyətlər uşaq bağçalarında da tətbiq ediləcək. Uşaq bağçasında koronavirus aşkarlanarsa qrup özünütəcridə keçəcək. Bağça dezinfeksiya ediləcək, tez-tez havalandırılacaq", - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın